Şənbə, 04 May

"Çinin baş naziri mənim səviyyəmdə deyil" - Zelenski

image

Ukrayna prezidenti Volodimir Zelenski bu həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumu sammitində Çinin baş naziri Li Qianqın onunla görüşməkdən imtina etməsi xəbəri ilə bağlı sərt açıqlamalar verib.

Xəbər verilir ki, Çinin baş nazirinin onunla eyni səviyyədə olmadığını deyən Zelenski, "Baş nazirimiz Çinin baş naziri ilə görüşür. Mən Çin lideri ilə görüşmək istərdim. Bildiyimə görə, Çində qərarları prezident Si Cinpin verir. Ukraynada da qərarları mən verirəm. Sadəcə dialoq qurmağa ehtiyacım yoxdur. Mənə liderlər lazımdır" deyib. 

Xatırldaq ki,  Çinin Baş naziri Li Qianq Davosda Zelenski ilə görüşməkdən imtina edib.  Bildirək ki, Çin Ukrayna-Rusiya müharibəsində Moskvaya dəstək verən ölkələr sırasındadır. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15